Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Torpaq uğrunda ölən varsa Vətəndir “ adlı anım günü keçirilib

10.06.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 19 saylı kitabxana filialı 10.06.2022-ci il tarixində Gəncə şəhər Şah İsmayıl Xətai adına 13 saylı tam orta məktəblə billikdə Azərbaycanın Milli Qəhrəmanı  Şahverdiyev İsrafil Şahverdi oğlunun anadan olmasının 70 illiyi münasibətilə ”Torpaq uğrunda ölən varsa Vətəndir “ adlı anım günü  keçirdi. Tədbirdə Vətən müharibəsi şəhidlərinin xatirəsi  bir dəqiqəlik sükutla yad edildi.  MKS-nin 19 saylı kitabxana filialının  müdiri Elza Əliyeva  tədbiri açıq elan edərək Azərbaycanın Milli Qəhrəmanı  Şahverdiyev İsrafil Şahverdi oğlunun həyat yolundan və qəhrəmanlığından söz açdı. Gəncə şəhər Şah İsmayıl Xətai adına 13 saylı tam orta məktəbin psixoloqu Qətibə Mustafayeva Şahverdiyev İsrafil Şahverdi oğlunun  qəhrəmanlığından, şücaətindən və Azərbaycan dövlətinin Milli Qəhrəmanlara, ümumən şəhidlərimizə, onların ailələrinə göstərdiyi diqqət və qayğıdan danışdı. Uşaq Təşkilatının rəhbəri Qənifə Nağıyeva “Onlarla işğalçını məhv edən azərbaycanlı qəhrəman”, Kitabxanaçı Ruziyə Abbasova, Jalə İsmayılova Ulu öndər Heydər Əliyevin və hazırda onun yolunu şərəflə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin  daima şəhidlərin xatirəsini əbədiləşdirmək, şəhid ailələrinə xüsusi qayğı göstərmək üçün çalışmasından danışdılar. Tədbirdə İşrirakşılardan  VIc  sinif şagirdlərindən  Ayan Həsənova, Bağdagül İsmayılova, Tuncay Əliyev, Elcan Musayev, Çinarə Alıyeva, Minarə İsayeva şəhidlər haqqında təqdimatlar ,şeirlər, bayatılar söylədilər. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

 

85.6 KB

 

82.5 KB